http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib

11 Sentyabr 2023 , 11:05
İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də ölkəmizdə səfərdə olan İsrailin Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib. Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

"Operativ Media"xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərimizə toxunularaq, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun bu ilin mayında Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi bildirilib. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisinin İsrailə səfəri qeyd olunub, ölkəmizin İsraildə səfirliyinin açılmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.

Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinlənləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım edib

XƏBƏR LENTİ
  • 13:15

    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
    Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
  • 13:15

    Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb

  • 13:08

    “Metalist” şirkəti məcburi auditdən yayındığına görə cərimə kəsilib
  • 13:06

    İlham Əliyev: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər

  • 13:00

    Prezident: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

  • 12:51

    Prezident: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

  • 12:46

    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
    Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
  • 12:43

    Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq
Menyu