http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

DYP avtomobillərinin texniki vəziyyətinə səhlənkar yanaşan sürücülərə xəbərdarlıq edib

11 Sentyabr 2023 , 14:51
DYP avtomobillərinin texniki vəziyyətinə səhlənkar yanaşan sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərinin texniki vəziyyətinə səhlənkar yanaşan sürücülərə xəbərdarlıq edib.

"Operativ Media" xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bütün sürücülər - hərəkət iştirakçıları idarə etdikləri avtomobillərin texniki saz  vəziyyətdə olması üçün Azərbaycan Respublikası Yol Hərəkəti Haqqında Qanunun  37-ci maddəsinə əsasən məsuliyyət daşıyır və bu proses daim  diqqətdə saxlanılmalıdır.

Onun sözlərinə görə, bu, “Yol Hərəkəti Haqqında Qanun”a uyğun olaraq sürücünün əsas məsuliyyəti və vəzifələrindən biridir.
“Texniki cəhətdən nasaz avtomobili idarə etdikdə sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə  əsasən yəni  nəqliyyat vasitəsinin istismar qaydalarını pozduğuna görə məsuliyyət daşıyır belə olduğu halda vəziyyəti qiymətləndirilməklə  50 manatdan 150 manatadək miqdarda cərimə nəzərdə tutulur.
 Sürücülər onu da unutmamalıdırlar ki, yolda nasaz vəziyyətdə idarə olunan avtomobil ən azı bir zolaqda hərəkəti məhdudlaşfırdıqda ciddi sıxlığa bəzən isə tıxacada səbəb ola bilir.
Hər bir sürücü daha vacib və ciddi olan bir məqamıda unutmamalıdır ki nasaz nəqliyyat vasitəsi ilə törədilmiş qəza cinayət hadisəsinə səbəb olubsa bu halda həmin şəxsin məsuliyyəti dahada dərinləşir. Nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə idarə etmək sürücünü sərnişinləri və ətrafdakı insanların həyat və sağlamlığını  qorumaqla yanaşı şəxsi bütün hallarda  məsuliyyətdən uzaqlaşdırır. Beləliklədə digər hərəkət iştirakçılarının haqlı narazılığına və naratlığına səbəb olmamaq üçün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə saxlanılmalı və istismar edilməlidir. Bir daha sürücülərdən xahiş edirik ki, yeni dərs ilinin başlanılması və paytaxtda nəqliyyatın intensivliyinin artması ərəfəsində məsuliyyət nümayiş etdirərək avtomobillərinin texniki cəhətdən sazlığına diqqət yetirsinlər”, - deyə Araz Əsgərli vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib

Məhkəmə  "Ascend Group"u cərimələyib

Məhkəmə "Ascend Group"u cərimələyib

Bu il Bal yarmarkasında 67,5 ton arıçılıq məhsulu satılıb

Bu il Bal yarmarkasında 67,5 ton arıçılıq məhsulu satılıb

XƏBƏR LENTİ
  • 15:20

    "A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?
  • 15:17

    Suriyanın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib
  • 15:08

    FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
  • 15:01

    Qəzzada ölənlərin sayı 42 minə yaxınlaşır
  • 15:00

    Minskdə “İstisu”nun təqdimatı olub
  • 14:58

    AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi
  • 14:53

    Məhkəmə "Ascend Group"u cərimələyib
  • 14:41

    Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
    Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
Menyu