http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ev alıb, kirayəyə vermək nə qədər gəlir gətirir?

11 Sentyabr 2023 , 15:10
Ev alıb, kirayəyə vermək nə qədər gəlir gətirir?

İllərdir ki, daşınmaz əmlaka yatırım Azərbaycanda ən gəlirli sahə hesab edilib. Paytaxdakı evlərin illik 10 faiz qiymət artımını nəzərə alsaq, bu gün üçün də ən güvənilir yatırım hesab edilir. “Operativ Media” daşınmaz əmlak bazarının gəlirliliyini araşdırıb.

İlk olaraq onu qeyd etmək lazımdır ki, əmlak bazarına tələbin çox olması da qiymətə əsas təsir edən amillərdəndir. Ekspertlər paytaxtdakı qiymətlərin real bazara uyğun olmadığını deyirlər. Elə buna görə də yeni tikili binalarda hələ də satılmayan mənzillərin sayı kifayət qədərdir. Lakin qiymətlərin enəcəyi də proqnoz olunmur.

100 min manata paytaxtda əsasən 70 kvadratmetrə qədər 2 və ya 3 otaqlı köhnə tikili binadan mənzil almaq olar. Metro yaxınlarında olan yeni tikili binalardan isə bu qiymətə ev tapmaq çətindir. Adətən Xırdalan, Masazır və digər kənar yerlərdən ev almaq olur.

Bəs 100 min manata alınan evdən nə qədər gəlir götürmək olar?

2-3 otaqlı köhnə tikili binalarda kirayə qiymətləri 450-500 manat arasında dəyişir. Ortalama 500 manat götürdükdə illik gəlir 6 min manatdır. 16 il sonra artıq qoyulan məbləğ geri götürülür. Amma, kirayə qiymətlərinin illik ortalama 5-10 faiz aralığında artdığını nəzərə alsaq, qoyulan vəsait daha tez əldə olunur. Bu il 500 manata təklif edilən ev iki il sonra artıq 550 manata kirayə verilir. 5 il sonra isə ortalama 150 manat yenə bahalaşma baş verir. Evini bir şəxsə uzun müddətli kirayə verən şəxslər isə qiyməti tez-tez artırmağa üstünlük vermir. Lakin bu gün kirayə mənzil bazarında təklif olunan evlərin demək olar ki, hamısı maklerlər vasitəsi ilə tənzimlənir.

100 min manat dəyərində olan ev üçün 5 ildən bir təmir və digər xərclərlə birlikdə nəzərə almaqla 13 il müddətinə qoyulan vəsaiti tam götürmək mümkündür. Hər il daşınmaz əmlak bazarında mənzillərin qiymətinin 10 faiz artdığını da nəzərə alsaq, 13 il sonra mənzilin dəyəri artıq 100 min manat deyil, 150 min manatdan yüksək olacaq. Praktika göstərdi ki, 10 il əvvəl Bakıda 40-50 min manata satılan evlərin qiyməti hazırda iki dəfədən çox bahalaşıb.

Əgər 100 min manatı daşınmaz əmlaka deyil, digər risksiz gəlir alətlərindən biri olan əmanətlərə yatırsaq necə olar?

Bankların hazırda depozit faizləri 6-11 faiz arası dəyişir. 11 faizlik əmanət müştəriyə 2 və ya illik təklif olunur. Əgər bu məbləğ iki illik müddətin sonunda götürmək şərti ilə əmanət kimi banka yerləşdirilsə, 23 min manat xalis gəlir əldə etmək mümkündür. Bankdan aylıq faizləri götürdükdə isə müştəriyə aylıq 916 manat, yekunda isə 22 min manat pul qaytarılır. Sabit faizlə 10 il müddətinə qoyulan vəsait tam geri götürülür. 

Bank bağlanarsa?

Qanunvericiliyə əsaəsn əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur. Bütün hallarda müştərinin ödənişi təmin edilir. Əvvəllər sığorta olunan əmanətlərə limit aşağı olsa da, 8 dekabr 2020-ci il tarixində qüvvəyə minmiş müvafiq qanunvericiliyə əsasən, 05 aprel 2021-ci il tarixindən  hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində (100 min manatdan çox olmamaq şərtilə) kompensasiya ödənilir.

OXŞAR XƏBƏRLƏR
"A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?

"A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq

Şənbə gününün hava proqnozu açıqlanıb

Şənbə gününün hava proqnozu açıqlanıb

XƏBƏR LENTİ
  • 15:20

    "A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?
  • 15:17

    Suriyanın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib
  • 15:08

    FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
  • 15:01

    Qəzzada ölənlərin sayı 42 minə yaxınlaşır
  • 15:00

    Minskdə “İstisu”nun təqdimatı olub
  • 14:58

    AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi
  • 14:53

    Məhkəmə "Ascend Group"u cərimələyib
  • 14:41

    Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
    Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
Menyu