http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan Argentinaya nota verdi

11 Sentyabr 2023 , 16:18
Azərbaycan Argentinaya nota verdi

Sentyabrın 11-də Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı, Argentina Prezidenti Alberto Fernandesin 10 sentyabr 2023-cü il tarixində Nyu Dehli şəhərində G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib.

Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq bölgədəki reallıqları təhrif edən, suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı terminalogiyanın əks olunduğu bu kimi əsassız fikirlərin səsləndirilməsinin təəssüf doğurduğu bildirilib.

Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ yollardan, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə təklifləri, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsi, vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi bildirilib.

Bu xüsusda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bəyanatlardan çəkinilməsinin vacib olduğu Argentina tərəfinin diqqətinə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR
Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb

XƏBƏR LENTİ
  • 15:20

    "A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?
  • 15:17

    Suriyanın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib
  • 15:08

    FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
  • 15:01

    Qəzzada ölənlərin sayı 42 minə yaxınlaşır
  • 15:00

    Minskdə “İstisu”nun təqdimatı olub
  • 14:58

    AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi
  • 14:53

    Məhkəmə "Ascend Group"u cərimələyib
  • 14:41

Menyu