http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Qeyri-qanuni erməni silahlı dəstələri təxribat məqsədilə heyvanlardan istifadə edir

11 Sentyabr 2023 , 16:51
Qeyri-qanuni erməni silahlı dəstələri təxribat məqsədilə heyvanlardan istifadə edir

Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. 
Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.
Bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyirik. 
Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk.

OXŞAR XƏBƏRLƏR
"A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?

"A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB 2

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB 2

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

XƏBƏR LENTİ
  • 15:20

    "A-Frame" tipli ev tikərkən nələrə diqqət edilməlidir?
  • 15:08

    FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
  • 15:01

    Qəzzada ölənlərin sayı 42 minə yaxınlaşır
  • 15:00

    Minskdə “İstisu”nun təqdimatı olub
  • 14:58

    AL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi
  • 14:53

    Məhkəmə "Ascend Group"u cərimələyib
  • 14:41

    Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
    Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
  • 14:37

    Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür
    Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür
Menyu