http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Kreml Şimali Koreya liderinin Rusiyaya səfərini təsdiqləyib - YENİLƏNİB

11 Sentyabr 2023 , 21:47
Kreml Şimali Koreya liderinin Rusiyaya səfərini təsdiqləyib - YENİLƏNİB

"Şimali Koreya lideri Kim Çen İn Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə yaxın günlərdə Rusiyaya rəsmi səfər edəcək".

"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Koreya Xalq Demokratik Respublikasının dövlət məsələləri üzrə sədri Kim Çen İn yaxın günlərdə Rusiya Federasiyasına rəsmi səfər edəcək", - məlumatda deyilir.

Bundan əvvəl "Yonhap" xəbər agentliyi  KXDR dövlət agentliyi KCNA-ya istinadən bildirmişdi ki, Kim Çen İn Putinlə görüşəcək: "Səfər zamanı Kim Çen İn Putinlə görüşəcək və danışıqlar aparacaq".

*** 20:03

Şimali Koreya lideri Kim Çen İnin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya gedəcəyi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu barəd Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Yer və saat barədə təfərrüatlar paylaşılmayıb. 

Digər tərəfdən, Yonhap-ın Cənubi Koreya hökumətinin yüksək rütbəli rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, Kim Çen İni daşıyan qatar artıq yola düşüb.

“Mən bilirəm ki, kəşfiyyat rəsmiləri Kim Çen İni daşıyan qatarın Vladivostoka doğru getdiyini aşkar ediblər”, - deyə rəsmi bildirib. 

Başqa bir yüksək vəzifəli məmur deyib: "Görünür, Kim Çen İn artıq Pxenyandan uzaqlaşıb".

Kimin Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumuna qatılacağı təxmin edilir.

OXŞAR XƏBƏRLƏR
Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək

Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək

Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub

Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub

Suriyanın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib

Suriyanın şimalında 4 PKK terrorçusu zərərsizləşdirilib

XƏBƏR LENTİ
  • 16:59

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır
  • 16:58

    Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
  • 16:56

    Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək
  • 16:50

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
  • 16:38

    Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb
  • 16:29

    Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub
  • 16:28

    Azərbaycan cüdoçusu Dünya çempionatında bürünc medal qazandı
  • 16:23

    Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib
Menyu