http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan “Doha Ekspo 2023”də təmsil olunacaq

11 Sentyabr 2023 , 20:33
Azərbaycan “Doha Ekspo 2023”də təmsil olunacaq

Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) milli pavilyonla təmsil olunacaq.

"Operativ Media" xəbər verir ki, oktyabrın 2-dən 2024-cü il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (“Green Desert, Better Environment”) mövzusunda təşkil ediləcək. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır.

Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat təmsil olunacaq. Ziyarətçilər ekspo çərçivəsində müasir kənd təsərrüfatı, texnologiya və innovasiyalar, ekoloji maarifləndirmə və davamlılıq mövzuları ilə tanış ola biləcəklər.

1,7 milyon kvadratmetr ərazisi olan tədbir məkanı Dohanın ən böyük parklarından biri Al Bidda parkında keçiriləcək. Burada ərazi 3 zonaya bölünəcək: pavilyonların təqdim ediləcəyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin keçiriləcəyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil olunacağı Mədəniyyət Zonası.

Beynəlxalq Sərgilər Bürosu və Bağçılıq İstehsalçıları Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “Doha Expo 2023” sərgisini 3 milyondan çox ziyarətçinin qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan “Pekin Ekspo 2019” Beynəlxalq Bağçılıq Sərgisində də milli pavilyonla təmsil olunmuşdu.

OXŞAR XƏBƏRLƏR
Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

XƏBƏR LENTİ
  • 17:18

    Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək
  • 17:16

    Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək
  • 16:59

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır
  • 16:58

    Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
  • 16:56

    Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək
  • 16:50

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
  • 16:38

    Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb
  • 16:29

    Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub
Menyu