http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və İsrail ərzaq təhlükəsizliyi sahəsində birgə fəaliyyəti müzakirə edib - YENİLƏNİB

12 Sentyabr 2023 , 17:10
Azərbaycan və İsrail ərzaq təhlükəsizliyi sahəsində birgə fəaliyyəti müzakirə edib - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter arasında videokonfrans formatında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat naziri yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb, Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib. Nazir İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, bu ölkədən olan iş adamlarını Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.

Avi Dixter ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Tərəflər investisiya,  ərzaq təhlükəsizliyi, su təsərrüfatı, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini, Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələlərini müzakirə ediblər.

***

14:20

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə videokonfrans formatında görüş keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov özünün "X" hesabında bildirib.

"İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə videokonfrans formatında keçirdiyimiz görüşdə - iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq", - o, qeyd edib.

 

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
Menyu