http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Rusiyanın mövqeyi bölgədə vəziyyəti necə dəyişəcək?

12 Sentyabr 2023 , 16:39
Rusiyanın mövqeyi bölgədə vəziyyəti necə dəyişəcək?

“Hazırda Ermənistan ərazisi Qərb və Rusiya münasibətlərinin çözülməsində ən mühüm regionlardan birini təşkil edir. ABŞ-la Rusiyanın Cənubi Qafqazda gedən savaşın həm Qarabağ məsələsinə, həm də Ermənistandakı vəziyyətə sıçradığını görürük”.

Bu sözləri “Operativ Media”ya açıqlamasında politoloq Elxan Şükürlü deyib.

Politoloqun fikrincə, Vladimir Putinin bu gün verdiyi açıqlamalar bölgədəki vəziyyətlə bağlı suallara aydınlıq gətirdi.

“Hal hazırda bizim üçün ən önəmli olan Azərbaycanın Qarabağ üzərində dövlət suverenliyinin bərpasına nail olmaqdır və bu gün Vladivostokda Putinin çıxışı da bir daha göstərdi ki, Rusiya Azərbaycanın Qarabağ üzərində dövlət suverenliyini qəbul edir və  gərəkli anda öz sülhməramlı qüvvələrini də bölgədən çıxaracaq. Eyni zamanda biz Rusiya ilə qərbin elə son Ağdam-Xankəndi yolunun açılması məsələsində münasibətində də fərqli xətt yeritdiklərini daha yaxşı müşahidə edə bilərik”.

Elxan Şükürlü deyir ki, bölgədə gərginliyin qalmasında digər maraqlı qüvvələr var.

“Sülh prosesini daha çox tormozlayan göründüyü kimi Amerika Birləşmiş Ştatlarıdır. Qərb platformasında başladılan danışıqların Rusiyanın moderatorluğu ilə reallaşmasında məqsədli şəkildə ləngidildiyini görürük. ABŞ və Avropa İttifaqı daha çox Rusiya-Ukrayna cəbhəsinə paralel olaraq yeni bir cəbhənin Cənubi Qafqazda və xüsusən Ermənistan üzərində açılmasına çalışırlar. Qərbdə fikirləşirlər ki, Azərbaycan-Ermənistan məsələsi Rusiyanın moderatorluğu ilə həll edilirsə, beynəlxalq təcridə məruz qalmış Rusiyanın imicinin qalxmasına səbəb ola bilər. Buna görə də onlar Qarabağ məsələsinin Rusiyanın vasitəsi ilə həll edilməsinə qarşıdılar”
Politoloqun sözlərinə görə, Ağdam-Xankəndi yolunun açılması Rusiyanın Azərbaycanın mövqeyini dəstəklədiyindən xəbər verir.

“Ağdam-Xankəndi yolunun açılmasında Rusiyanın Azərbaycanın mövqeyini müdafiə elədiyi aşkar ortadadır. Bu həm də o deməkdir ki? qarşıdakı mərhələdə Rusiya Azərbaycanın istər Xankəndinin rəsmi Bakının iradəsinə təslim etdirilməsi istiqamətində, istərsə də Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Azərbaycanın mövqeyini dəstəkləyəcəyinə bir göstəricidir”.

OXŞAR XƏBƏRLƏR
Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

XƏBƏR LENTİ
  • 21:14

    Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb
  • 20:59

    Nizami rayonunda evdə yanğın olub
  • 20:29

    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
  • 19:50

    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • 19:37

    SEPAH: İsrailin mümkün hücumlarına cavab olaraq neftayırma zavodlarını vuracağıq
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
Menyu