http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Şimali Koreya lideri Putinlə görüşmək üçün Rusiyaya gəlib

12 Sentyabr 2023 , 20:57
Şimali Koreya lideri Putinlə görüşmək üçün Rusiyaya gəlib

Şimali Koreya lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya gəlib.

"Operativ Media" xəbər verir ki, Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri və Şimali Koreya ilə ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın sədri Aleksandr Kozlov sosial media hesabında paylaşdığı videoda Kimi Primorsk bölgəsində Tumen çayı üzərindəki körpüdə qarşıladığını bildirib.

"Rusiya və Şimali Koreya Xalq Demokratik Respublikası 75 ildir möhkəm dostdur. Bütün bu illər ərzində biz bir-birimizi təkcə qonşu deyil, həm də yaxın dost kimi dəstəkləmiş və kömək etmişik", - Kozlov bildirib.

Kozlovun paylaşdığı videoda Kimin xüsusi zirehli qatarı ilə stansiyaya gəldiyi və Rusiya rəsmiləri tərəfindən qarşılandığı görünür.

Qeyd edək ki, Kremldən dünən verilən açıqlamada Kimin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfər edəcəyi bildirilmişdi.

Rusiya mətbuatının məlumatına görə, Putin və Kim arasında keçiriləcək görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da iştirak edəcəyi bildirilir.

Kim sonuncu dəfə 2019-cu ildə Rusiyaya səfər edib və Putinlə Vladivostokda görüşüb.

OXŞAR XƏBƏRLƏR
Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi

Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi

İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb

İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb

ABŞ-nin Gürcüstandakı səfirliyi ölkədəki amerikalılara xəbərdarlıq edib

ABŞ-nin Gürcüstandakı səfirliyi ölkədəki amerikalılara xəbərdarlıq edib

XƏBƏR LENTİ
  • 23:25

    Prezident İlham Əliyevin rəsmi sosial media hesabında Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edilib
  • 23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • 22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • 22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • 22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • 22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • 21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
  • 21:30

    ABŞ-nin Gürcüstandakı səfirliyi ölkədəki amerikalılara xəbərdarlıq edib
Menyu