http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

FHN müəssisə və təşkilatlara müraciət edib

13 Sentyabr 2023 , 11:35
FHN müəssisə və təşkilatlara müraciət edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

"Operativ Media" FHN-nə istinadən xəbər verir ki, müvafiq qanunvericiliyə əsasən, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il tərtib olunan radioloji-gigiyenik pasportlarda əks olunur və həmin pasportlara müvafiq məlumatların daxil edilməsi üçün yalnız Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin rəyi tələb olunur. Bu səbəbdən, radioloji-gigiyenik pasportlara rəyin verilməsi üçün radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə mövcud şəraitin qiymətləndirilməsi məqsədilə müəssisə və təşkilatlar tərəfindən Agentliyə müraciət olunmalıdır.

Bununla belə, bir sıra hallarda müəssisə və təşkilatlar həmin rəyin əldə edilməsi üçün aidiyyəti quruma müraciət etmədiyindən və ya qanunvericiliklə müəyyən olunmuş qaydaların tələbləri təmin edilmədiyindən rəyin alınması əlavə vaxt itkisinə və bu istiqamətdə fəaliyyətdə çətinliklərə səbəb olur.

Yuxarıda qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müəssisə və təşkilatlara müraciət edərək bildirir ki, radioloji-gigiyenik pasportun əldə edilməsi üçün Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə aşağıdakı səhifədə göstərilən qaydalara uyğun şəkildə müraciət edilməlidir: (https://fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1027).

 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu