http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Səbinə Əliyeva: "Qubadlı və Zəngilanda insan qalıqlarının aşkarlanması erməni cinayətlərinin miqyasını göstərir"

13 Sentyabr 2023 , 11:42
Səbinə Əliyeva: "Qubadlı və Zəngilanda insan qalıqlarının aşkarlanması erməni cinayətlərinin miqyasını göstərir"

"Otuz ilə yaxın müddət ərzində işğal altında qalmış Qubadlı və Zəngilan rayonlarında da məzarlıqların aşkarlanması faktı Ermənistan tərəfindən azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərə qarşı törədilmiş amansız cinayətlərin miqyasının genişliyini göstərir".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qubadlı və Zəngilanda insan qalıqlarının aşkar olunması ilə bağlı şərhində deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aid olduğu ehtimal olunan növbəti insan qalıqları Qubadlı rayonunun Məlikəhmədli və Zəngilan rayonunun Vejnəli kəndlərində aşkarlanaraq ekshumasiya edilib. Müvafiq orqanlar tərəfindən aidiyyəti tədbirlər görülərək onların şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılacaqdır.

"Bu kimi hallar Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmasının aşkar sübutlarındandır.

Azad edilmiş ərazilərdə çoxsaylı kütləvi məzarlıqların olması aidiyyəti araşdırmaların aparılmasını və tədbirlərin görülməsini zəruri edir. Ermənistan tərəfi dəfn yerlərinin koordinatlarını təqdim etməsə də, Azərbaycan tərəfi müvafiq araşdırmalarla həmin məzarlıqları üzə çıxararaq itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə çalışır.

Bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq və insan hüquqları sahəsində mövcud tələblərin təmini naminə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı məlumatları təqdim etməsi üçün Ermənistana qəti çağırışlar etməyə dəvət edirik", - deyə Ombudsman qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu