http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Daşıma şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib

13 Sentyabr 2023 , 13:42
Daşıma şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib

“Bakı KOB evi”ndə daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə növbəti görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov və 50-yə yaxın daşıma fəaliyyəti ilə məşğul olan sahibkar və onların təmsilçiləri, eləcə də kuryerlər iştirak ediblər.

Orxan Məmmədov daşıma ilə bağlı biznes fəaliyyətinin son zamanlar genişləndiyini və bu sahədə fəaliyyət göstərən şirkətlərin sayının artdığını qeyd edib. Bildirilib ki, daşıma sektorunda çalışanların – kuryerlərin sayında da artım müşahidə edilir və onların əksəriyyəti gənclərdir. Dövlət qurumu olaraq daşıma sektorunda biznesin düzgün formalaşması və idarə edilməsinə lazımı dəstəyi göstərməyə hazırıq. Bugünkü görüşün məqsədi də məhz daşıma fəaliyyəti ilə bağlı biznesin qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun formalaşması və inkişafını, eləcə də sahibkarların və kuryerlərin çətinliklərini birgə müzakirə etmək, onların həlli üçün tədbirlər görməkdir. Orxan Məmmədov kuryerlərin təşkilatlanması və qarşılaşdıqları çətinliklərin müvafiq qurumlara daha rahat çatdırılması üçün assosiasiyanın yaradılması məsələsinin nəzərdən keçirilməsini də təklif edib.

Elxan Mikayılov qurumun daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə yaxından əməkdaşlıq etdiyini, prosesin qida təhlükəsizliyinin tələblərinə əməl olunmaqla idarə edilməsi məqsədilə artıq təlimlərə başlanıldığını bildirib. Qeyd olunub ki, məhsulların təhlükəsizliyinə istehsalçı ilə yanaşı, onların daşınmasını və istehlakçıya çatdırılmasını həyata keçirən daşıma şirkətləri və kuryerlər də cavabdehlik daşıyır. Bu məqsədlə AQTA tərəfindən praktik xarakter daşıyan ödənişsiz təlimlərə başlanılıb. Təlimlər bütün kuryerləri əhatə etməklə mərhələli şəkildə həyata keçiriləcək. Bu sahədə KOBİA ilə birgə də tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

Görüşdə daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin və kuryerlərin qarşılaşdıqları çətinliklərə və onların həlli yollarına, bu sahədə KOBİA və AQTA-nın birgə dəstəyinə dair müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
Menyu