http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

XİN: Azərbaycan öhdəliklərinə ciddi yanaşır

02 Oktyabr 2022 , 20:46
XİN: Azərbaycan öhdəliklərinə ciddi yanaşır

"Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir. 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan mina qurbanı olub".

"Operativ Media" xəbər verir ki, Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir:

Ermənistan XİN-in 2 oktyabr 2022-ci il tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir.

Vurğulayırıq ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır.

Belə ki, 17 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan edib.

Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib, yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilməyib. 

2020-ci oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.

Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir. 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan mina qurbanı olub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı isə Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən yeni minalar basdırmaqla Azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur.

Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbirlər görməyib.

Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. 

Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik.

OXŞAR XƏBƏRLƏR
Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

XƏBƏR LENTİ
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
  • 10:45

    Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
  • 10:42

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
Menyu