http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ölkədə ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsinə sayılı günlər qalıb

13 Sentyabr 2023 , 14:49
Ölkədə ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsinə sayılı günlər qalıb

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), “Sağlam Ailə Tibb Mərkəzi” və “Facemark” şirkətinin ortaq təşkilatçılığı ilə ölkədə ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsi 16 noyabr tarixində “Baku Marriott Hotel Boulevard”da təşkil olunacaqdır.

"Operativ Media" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd səhiyyə sistemi və xidmətlərinin effektiv təşkili, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yalnışları müəyyənləşdirmək, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.

Tədbir “Fərq Yaradır” konsept mesajı ilə bir gün davam edəcək Zirvə “Səhiyyədə dövlət və özəl sektor tərəfdaşlığı”, “Səhiyyədə İnnovasiyalar və Rəqəmsallaşdırma”, “Səhiyyədə Strateji İdarəetmə” panelləri üzrə 15-dək spiker və moderatoru bir araya gətirərək ən yaxşı təcrübələrin mübadiləsinə xidmət edəcək.

Zirvədə ölkənin özəl və dövlət tibb müəssisələrinin nümayəndələrinin, yerli və xarici spikerlərin iştirakı ilə təqdimatlar, panel müzakirələri, çıxışlar gerçəkləşəcək. Tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri, xarici ekspertlər, millət vəkilləri, dövlət, həmçinin özəl tibb müəssisələrinin nümayəndələri və digər qonaqlar iştirak edəcək. Fəaliyyət göstərdiyi istiqamət üzrə yeniliklərə imza atmaq və səhiyyə sahəsində çalışan 400 nəfərədək peşəkarla bir arada olmaq istəyən hər kəs qatıla bilər.

Zirvə haqqında ətraflı məlumatı və iştirak üçün biletləri www.hmsbaku.az rəsmi veb saytından, eyni zamanda sosial media hesablarından əldə etmək mümkündür.

Facebook: https://www.facebook.com/hmsbaku

İnstaqram: https://www.instagram.com/hmsbaku/

LinkedIn:https://www.linkedin.com/company/98313581/

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu