http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

“Beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin Qarabağdakı qondarma “seçkilərə” reaksiyası gözlənilən idi”- siyasi şərhçi

13 Sentyabr 2023 , 17:36
“Beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin Qarabağdakı qondarma “seçkilərə” reaksiyası gözlənilən idi”- siyasi şərhçi

“Ermənistan Qarabağda qondarma "respublika" qurub ona "prezident" seçməklə məsələnin həll olunmayacağını bilməli idi. Aparıcı dövlətlər Arayiki saymadıqları kimi, Şahramanyanı da saymayacaqlar. Yəni sivil dünya separatizmi tanımır və heç vaxt tanımayacaq”.

Bu sözləri “Operativ Media”ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

Aydın Quliyevin sözlərinə görə, Ermənistan elə bilirdi ki, müəyyən dairələrdən dəstək alacaq, amma bu dəfə də planları işə yaramadı.

"Bütün nüfuzlu beynəlxalq təşkilatlar, hətta Ermənistana yaxın olan dövlətlər də bu seçkinin nəticələrini tanımadılar. Çünki ortada bir məntiq var. Məntiq də ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağı Azərbaycan torpağı kimi tanıyıbsa, burda sizin keçirdiyiniz "seçki" nə deməkdir? Dünya başa düşür ki, artıq məğlub Azərbaycanla yox,  qalib Azərbaycanı qarşılarında görürlər".

Aydın Quliyevin sözlərinə görə, qondarma rejimin qondarma "prezidenti" vəzifəsinə Şahramanyanın gəlməsi təsadüfi deyil, o müəyyən dairələrdən dəstək alır.

"Şahramanyanın hakimiyyətə gətirilməsində həm beynəlxalq dairələrin iştirakı var, həm də  Ermənistan hakimiyyətindəki köhnə revanşist qüvvələrin. Şahramanyanın daha aqressiv, daha pozucu siyasi mövqe nümayiş etdirməsi o deməkdir ki, o Ermənistandakı revanşistlərə daha çox yaxındır. Hər halda ümidsiz çırpıntılardır. Heç bir perspektivi yoxdur. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil. Mövqeyimiz prinsipal və dəyişməzdir”.

OXŞAR XƏBƏRLƏR
Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu