http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Belarusda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

13 Sentyabr 2023 , 19:27
Belarusda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb.

"Operativ Media" xəbər verir ki, mərkəzin açılışında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla, Minsk Dövlət Linqvistika Universitetinin rektoru Natalya Laptyeva, Belarus Təhsil Nazirliyinin peşə təhsili Baş idarəsinin rəisi Sergey Pişov, Belarus Xarici İşlər Nazirliyinin MDB Baş idarəsinin rəis müavini - MDB ölkələri və Gürcüstanla ikitərəfli əməkdaşlıq şöbəsinin müdiri Sergey Molunov, Azərbaycanın Belarusdakı müvəqqəti işlər vəkili Nizami Rüstəmov və başqaları iştirak ediblər.

"Ölkələrimiz arasında güclü işgüzar, mədəni, siyasi əlaqələr qurulub. Dövlətlərimizin rəhbərləri bunun nümunəsini göstərdilər. Hesab edirəm ki, bu mərkəzin açılması ilk növbədə gənclərimizi, mədəniyyətşünaslarımızı, dilçilərimizi, ədəbiyyatşünaslarımızı bir araya gətirmək üçün çox faydalı layihə rolunu oynayacaq”, - ADU rektoru akademik Kamal Abdulla bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılışı gözlənilir və qeyd edib ki, ADU-da 20-dən çox dil mərkəzi fəaliyyət göstərir: “Hesab edirəm ki, onların arasında Belarus mərkəzi də olmalıdır. Bu, burada ediləcəklərə güzgü cavabıdır. Biz Bakıda da bunu sevgi, hörmət və böyük sevinclə edəcəyik".//Report//

OXŞAR XƏBƏRLƏR
"Ən yaxşı komediya aktyoru” üzrə “Emmy” mükafatının sahibi bəlli oldu

"Ən yaxşı komediya aktyoru” üzrə “Emmy” mükafatının sahibi bəlli oldu

Əməkdar artist Rafiq İbrahimov vəfat edib

Əməkdar artist Rafiq İbrahimov vəfat edib

İTV Azərbaycan teleməkanında ilk dəfə uşaqlar üçün serial çəkib

İTV Azərbaycan teleməkanında ilk dəfə uşaqlar üçün serial çəkib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu