http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Mətbuat Şurasında bir qrup pakistanlı media nümayəndəsi ilə görüş keçirilib - FOTOLAR

13 Sentyabr 2023 , 19:37
Mətbuat Şurasında bir qrup pakistanlı media nümayəndəsi ilə görüş keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Mətbuat Şurasında Pakistan İslam Respublikasından olan bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Pakistanın İdman Yazarları Federasiyası ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə səfərdə olan qonaqları salamlayan MŞ sədri Rəşad Məcid onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.

MŞ sədri bildirib ki, Azərbaycanda medianın vahid özünütənzimləmə qurumu olan Mətbuat Şurasının başlıca missiyası cəmiyyətin müxtəlif təbəqələrindən daxil olan şikayətlərin araşdırılmasından ibarətdir. Qurumun beynəlxalq əlaqələrindən söz açan MŞ sədri bu təmasların əsasən xarici media oraqanlarının qabaqcıl təcrübəsinin mənimsənilməsinə, o cümlədən, söz və ifadə azadlığı ilə bağlı tendensiyaların öyrənilməsinə yönəldiyini deyib.

MŞ İdarə Heyətinin üzvləri Azər Həsrət və Hacıbəy Heydərli qonaqları beynəlxalq əlaqələrdəki spesifik məqamlara, habelə ölkəmizdə sosial medianın durumuna, Şuranın mövcud istiqamətdəki fəaliyyətinə dair xüsusiyyətlər barədə məlumatlandırıblar. MŞ-nin icraçı katibi Əvəz Rüstəmov şikayətlərin araşdırılması prosedurundan söz açıb. Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı yaşlı jurnalist nəslin təcrübəsinin gənc media mənsublarına çatdırılmasındakı spesifik fəaliyyət tərəflərinə diqqət çəkib.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov pakistanlı idman yazarlarının ölkəmizə səfərinin konkret istiqamətlərindən söz açıb, onların zəngin səfər proqramının müxtəlif detallarını açıqlayıb. O, eyni zamanda rəhbərlik etdiyi qurumun idman sahəsindəki beynəlxalq media təşkilatları ilə əlaqələri haqqında da məlumat verib.

Qarşılıqlı müzakirə şəraitində keçmiş görüşdə Pakistanın idman jurnalistlərinin Azərbaycan mediası ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu