http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Mənimsənilmiş bir MİLYONun aqibəti necə olur?

14 Sentyabr 2023 , 10:11
Mənimsənilmiş bir MİLYONun aqibəti necə olur?

Bakı Ağır Cinayətlər Məhkəməsi dəymiş zərərə görə vətəndaşa 1 milyon 300 min manat məbləğində pulun ödənilməsinə qərar verirsə, bu pul qaytarılırmı?

“Cinyəti iş üzrə hökmün çıxarılması zərərçəkmiş şəxs üçün, təbii ki, qələbədir. Ədalətli cəzanın təyin edilməsinə və zərərin ödənilməsinə nail olmaq bəzən mümkün olmur”.

Bunu "Operativ Media"ya açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Avraam Berman bildirib.

Bəs bu pulu məhkumdan necə almaq olar? 

“İlk öncə, cinayət prosesi zamanı mülki iddia qaldırmayan zərərçəkmişlərin yol verilən səhvini qeyd etmək istərdim. Bu kimi səhvin yol verildiyi halda hökmün nəticə hissəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı hər hansı qeyd olmayacaq. 

Məsələ bundan ibarətdir ki, zərərçəkmiş şəxs cinayət mühakimə zamanı mülki iddianı qaldırdıqda və özünün mülki iddiaçı qismində tanınmasını tələb etdikdə məhkəmə hökm çıxararkən dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar verir və hökmün nəticəvi hissəsində kimin kimə və hansı məbləğdə zərəri ödəməli olacağını da göstərir. Cinayət prosesində mülki iddia qaldırmadığı təqdirdə zərərçəkən mülki məhkəmədə ayrıca iddia qaldırmalı olur. 

Məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhkəmədən icra vərəqəsi tərtib edilir və icra edilməsi üçün Ədliyyə Nazirliyinin müvafiq icra şöbəsinə təqdim edilir. İcra məmuru tələbkarın tələblərini təmin etmək üçün öz səlahiyyətləri çərçivəsində borclunun iş yerini, əmlaklarını (nəqliyyat vasitəsi, daşınmaz əmlak, hesablar, əmanətlərini və sair) axtarır. Tələbin borclunun əmlakına yönəldilə biləcək əmlak yoxdursa, iş yeri müəyyən edilir və qazancın 70%-dan çox olmamaq şərti ilə tutulur. Əgər məkhum cəzaçəkmə müəssisəsində cəza çəkirsə və orada işləyirsə, qazancının 50%-a qədəri tutulur. Məhkum öldüyü halda isə onun borcları vərəsələrdən tutulur”, - deyə vəkil qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Zərdabda narkokuryer saxlanılıb

Zərdabda narkokuryer saxlanılıb

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

XƏBƏR LENTİ
  • 09:17

    Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib
  • 09:15

    Azərbaycan nefti bahalaşıb
  • 09:05

    Zərdabda narkokuryer saxlanılıb
  • Dünən
    23:46

    İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
Menyu