http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Vəkillər Kollegiyasının rəhbərliyi ilə İntizam Komissiyasının üzvləri arasında görüş keçirilib

13 Sentyabr 2023 , 23:27
Vəkillər Kollegiyasının rəhbərliyi ilə İntizam Komissiyasının üzvləri arasında görüş keçirilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə Vəkillərin İntizam Komissiyasının üzvləri arasında görüş keçirilib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Vəkillər Kollegiyasından (VK) məlumat verilib.

Bildirilib ki, görüşdə daxil olmuş şikayət və müraciətlər üzrə intizam icraatının icra vəziyyəti, İntizam işlərinə baxılması ilə əlaqədar Komissiya ilə Rəyasət Heyətinin qarşılıqlı əlaqəsi və bu kimi digər məsələlər müzakirə olunaraq fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək intizam icraatları üzrə vəkillər barəsində bir çox hallarda pozuntunun müəyyən edilmədiyi halda bu barədə ictimaiyyətin kifayət qədər məlumatlı olmamasını, geniş yayılmış pozuntular üzrə ümumiləşdirmənin aparılmasının zəruriliyini qeyd edərək intizam icraatları üzrə araşdırmaların daha da keyfiyyətli araşdırılmasına yardım edən məsələlərə toxunub.

Eyni zamanda Anar Bağırov İntizam Komissiyasının rolunu nəzərə alaraq onun fəaliyyətinin ictimailəşdirilməsinin vacib olduğunu bildirib, Rəyasət Heyətində baxılan intizam işləri barəsində qəbul edilmiş qərarlar barəsində məlumat verib.

Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev isə çıxışında Komissiya tərəfindən görülən işlər barədə məlumat verərək Komissiyanın fəaliyyəti ilə əlaqədar cari məsələlərə toxunub, 2023-cü ilə komissiya tərəfindən baxılan intizam icraatları üzrə statistik məlumatları səsləndirib.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
  • Dünən
    22:34

    İspaniyada döyüş təyyarəsi qəzaya uğrayıb
  • Dünən
    22:31

    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
    Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    22:22

    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
    Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib
  • Dünən
    21:55

    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
    Minskdə “İstisu”nun təqdimatı olub - YENİLƏNİB
Menyu