http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İqtisadiyyat nazirinin müavini ITFC-nin baş icraçı direktoru ilə görüşüb

14 Sentyabr 2023 , 09:44
İqtisadiyyat nazirinin müavini ITFC-nin baş icraçı direktoru ilə görüşüb

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə görüşüb.

Görüşdə Azərbaycanın İslam İnkişaf Bankı, həmçinin İİB Qrupuna daxil olan institutlarla uğurla əməkdaşlıq etdiyi vurğulanıb və bu tərəfdaşlığa uyğun olaraq özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Azərbaycanın ITFC və ICD  ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, bu ərazilərdə dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmi bildirilib.

Görüşdə bərpa olunan enerji, dövlət-özəl əməkdaşlığı layihələri, KOB-ların inkişaf proqramları, ITFC-nin “Ticarətə Qoşulma Mərkəzi Asiya+” layihəsi çərçivəsində Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq, İslam Maliyyəsi alətlərindən istifadə, ölkəmizdə iqtisadi zonalarda qeydiyyatdan keçmiş rezidentlərlə ICD arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
Menyu