http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Mərakeşdə baş verən zəlzələdə ölənlərin sayı 2 min 946-ya yüksəlib

14 Sentyabr 2023 , 09:48
Mərakeşdə baş verən zəlzələdə ölənlərin sayı 2 min 946-ya yüksəlib

Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2 min 946 nəfərə yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə, ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamaya görə, yaralıların sayı isə 5 min 674-ə yüksəlib.

Zəlzələdə həyatını itirənlərdən 2944-ü dəfn edilib.

Qeyd edək ki, sentyabrın 8-nə keçən gecə yerli vaxtla saat 23:10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeşin Əl-Huz bölgəsində olub.

Zəlzələ Mərakeşlə yanaşı, paytaxt Rabat və Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.

OXŞAR XƏBƏRLƏR
Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib

Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib

İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub

İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub

Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq

Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq

XƏBƏR LENTİ
  • 09:17

    Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib
  • 09:15

    Azərbaycan nefti bahalaşıb
  • 09:05

    Zərdabda narkokuryer saxlanılıb
  • Dünən
    23:46

    İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
Menyu