http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azad edilmiş torpaqlarda təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı əsas prioritetlərdəndir

14 Sentyabr 2023 , 10:25
Azad edilmiş torpaqlarda təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı əsas prioritetlərdəndir

Dünyada qlobal təhlükələr və risklər - su çatışmazlığı, quraqlıq, istiləşmə, səhralaşma, sənayeləşmə, beynəlxalq konfliktlər, pandemiyalar, epidemiyalar dövründə ərzaq və qida təhlükəsizliyi bəşəriyyət üçün prioritet sahələrdir.

"Operativ Media" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda regional tədbirdə nitqi zamanı deyib.

Nazir bildirib ki, ərzaq və qida təhlükəsizliyinin idarə edilməsində, beynəlxalq standartların, təlimatların qəbul edilməsində dünyada bir neçə təşkilatlar vardır ki, bunlardan biri də "Kodeks Alimentarius" Komissiyasıdır:

!​Azərbaycan Respublikası 2011-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Birgə Qida Standartları Proqramı” çərçivəsində təsis edilmiş "Kodeks Alimentarius" Komissiyasına üzvdür.
​Kodeks Alimentarius Komissiyası beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları bu beynəlxalq qida ticarətinin təhlükəsizliyinə, keyfiyyətinə və ədalətinə kömək edir, hər zaman, hər yerdə, hər bir insanı yüksək keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verilən qida ilə təmin edilməsində öz töhfəsini verir.

​Azərbaycan Respublikası hər zaman olduğu kimi, müasir çağırışlara uyğun beynəlxalq standartlara cavab verən qida təhlükəsizliyi sistemi yaradıb və Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə bir sıra beynəlxalq və yerli standartlar hazırlayıb tətbiq edib.

Ərzaq təhlükəsizliyinin birbaşa kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı olması hər kəsə məlumdur.

Bu səbəbdən ərzaq təhlükəsizliyi dövlətin təhlükəsizliyinin təməl şərtlərindəndir. Lakin müasir dünyamızda ərzaq və qida çatışmazlığı beynəlxalq təşkilatların hesabatlarında qeyd edilməklə, bu sahələr daha diqqətli və həssas yanaşmanı tələb edir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2022-ci ildə dünyada 735 million insan aclıqdan əziyyət çəkib".

O qeyd edib ki, 5 yaşınadək 148 million uşaq qida çatışmazlığı səbəbindən inkişafdan geri qalıb

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
Menyu