http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ali məktəblərə hazırlıq qiymətləri nə qədər artıb?

14 Sentyabr 2023 , 11:10
Ali məktəblərə hazırlıq qiymətləri nə qədər artıb?

Yeni dərs ilinin başlaması ilə repetitor hazırlığına da start verilib. Ölkədə bir uşağın ali məktəbə hazırlaşması üçün repetitor xərcləri isə ildən-ilə artır. Valideynlər adətən övladlarını 9-cu sinifdən hazırlığa göndərməyə üstünlük verirlər. Bəzi valideynlər fərdi müəllim yanına, bəziləri isə övladlarını kurslara göndərirlər. Bəs bir uşağın aylıq hazırlıq xərci neçəyə başa gəlir?

“Operativ Media”ya açıqlama verən repetitorlar deyirlər ki, qiymətlər ötən illə müqayisədə artıb. Qiymətlər tək paytaxtda yox, bölgələrdə də artıb. 

Bölgələrdə qiymətlər 10-20 manat arası artıb. Ötən il bir fənn üzrə hazırlıq 30 manat idisə, indi 40 manat olduğu deyilir.

Paytaxt Bakıda isə qiymətlər arasında kəskin fərq var. Əgər valideyn övladını qrup daxilində hazırlığa göndərirsə, bir fənn üçün müəllimə 70 manat ödəməlidir. Fərdi hazırlıq qiymətləri 150 manatdan başlayır.
Azərbaycan dili və Ədəbiyyat müəllimi Muradxan Hüseynov deyir ki, qida və digər sektorlarda olduğu kimi, repetitorluq fəaliyyətində də qiymətlər bu il artıb. O bildirir ki, paytaxda 1 fənnə hazırlaşmaq üçün 150 manata qədər ödəniş təklif olunur. 

“Əvvəllər tutaq ki 60-70 manat olan fənnlər indi 100-120 manat arası bəzən isə 130 manata qədər gəlib çıxır. Hətta 150 manata da qiymətlər gəlib çıxır. Bu artıq həm saatlarla, günlərlə bağlıdır, həm də ki, ümumi qiymət artımı ilə bağlı. Bütün fənnlər üzrə artımlar müşahidə olunur. Minimum 1 aylıq əgər DİM-nin imtahanları üzrə hazırlaşırsa, şagirdin xərci ən azı 400 manatdır. Üstəlik onun yol xərci, yemək xərci gələndə hardasa bir abituriyent 500 manata qədər gəlib çıxır”

Muradxan Hüseynovun sözlərinə görə, vergi və icarə haqqı da qiymətlərə təsir edən amillərdəndir.

Hazırlıq kursları da repetitorluq fəaliyyətindən elə də fərqlənmir. Qiymətlərdə artım burda da müşahidə olunur. Bakıdakı kurslardan birinin rəhbəri olan Xəyyam Dəmirov deyir ki, kurslarda da qiymətlər artıb.

“Kursların qiymətləri ortalama 120-150 manat civarında dəyişir. Qiymətlər siniflərdən neçə uşağın olmasından da aslıdır. Kursun ehtiyacları da buna daxildir. Çünki müəllim bir lövhə alırsa, lövhənin də qiyməti qalxıb, əgər ədəbiyyat alıbsa, ədəbiyyatın da qiyməti qalxıb, əgər kserokopiya edirsə, A4 kağızı alırsa, onun da qiyməti qalxıb. Artım 5 -10 faiz hiss olunur ondan çox deyil".

OXŞAR XƏBƏRLƏR
Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • 09:17

    Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib
  • 09:15

    Azərbaycan nefti bahalaşıb
  • 09:05

    Zərdabda narkokuryer saxlanılıb
  • Dünən
    23:46

    İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub
  • Dünən
    23:33

    Məsud Pezeşkian: Ümid edirəm ki, sağ-salamat qayıdacağıq
  • Dünən
    23:25

    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
    İlham Əliyev Cəbrayılın azad edilməsinin ildönümü münasibətilə paylaşım edib
  • Dünən
    23:06

    Azərbaycanın U-16 yığması türkiyəli həmyaşıdlarına böyük hesabla məğlub oldu
  • Dünən
    22:59

    Stoltenberq: NATO vədi yerinə yetirə bilmədi
Menyu