http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

MDB-nin İcraiyyə Komitəsinin və MDB Baş prokurorlarının Əlaqələndirmə Şurasının nümayəndə heyətləri ölkəmizdə işgüzar səfərdədir

14 Sentyabr 2023 , 12:24
MDB-nin İcraiyyə Komitəsinin və MDB Baş prokurorlarının Əlaqələndirmə Şurasının nümayəndə heyətləri ölkəmizdə işgüzar səfərdədir

Bakıda keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurası və İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyətləri ölkəmizə işgüzar səfərə gəlib. 

Baş Prokurorluğun mətbuat xidmətinən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru ilə nümayəndə heyətinin rəhbərləri - İqor Malaşeviç və Vladimir Zimin arasında baş tutan ikitərəfli görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlət arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılıb. 

Baş prokuror Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində aktiv iştirak etdiyini, ölkəmizin bir çox postsovet ölkələri ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr qurduğunu bildirərək, bu əlaqələrin təşkilat çərçivəsində də davam etdirilməsinin qarşılıqlı etimadın artmasına müsbət təsir göstərdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən  İqor Malaşeviç və Vladimir Zimin    MDB-nin Baş katibi Sergey Lebedevin salamlarını çatdırıblar. Onlar təmsil etdikləri qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycanın təşkilatın fəaliyyətində fəal iştirak etməklə daim təşkilatın işinə öz töhfəsini verdiyini  bildiriblər. 

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin səmərəliliyi üzrə faydalı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 11:17

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 10:52

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 10:37

    Pol Poqba yaşıl meydanlara qayıdır
  • 10:20

    DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb
  • 10:05

    Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
  • 09:38

    G20 Enerji Keçidi Nazirlər İclasında Azərbaycanın COP Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib
    G20 Enerji Keçidi Nazirlər İclasında Azərbaycanın COP Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib
  • 09:17

    Cənubi Koreya Livandan 97 nəfəri təxliyə edib
  • 09:15

    Azərbaycan nefti bahalaşıb
Menyu