http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Hansı bölgələrdə də torpaq sürüşməsi ehtimalı var?

14 Sentyabr 2023 , 15:39
Hansı bölgələrdə də torpaq sürüşməsi ehtimalı var?

Torpaq sürüşməsi ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsidir. Bir neçə gündür Bibiheybət zonasındakı sürüşmə vəziyyəti ölkənin digər bölgələrində də sürüşmə hallarının baş vermə ehtimalını sorğulayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov “Operativ Media”ya bildirib ki, Abşeron yarımadası, əhalinin çox məskunlaşdığı ərazilər, Bayıl zonası və buradan  şəhər istiqamətinə gələrkən Yasamal rayonunun aşağı hissələri və digər bəzi yerlər potensial sürüşmə əraziləridir.
Onun sözlərinə görə, keçmiş Sovet İttifaqı dövründən bu yana Azərbaycanda sürüşmə ilə bağlı  geoloji xəritələr hazırlanıb və burada sürüşmə zonaları araşdırılıb:

“Sürüşmə zonaları və sürüşmə riski olan zonalar ən çox belə dağlıq zonalarda və dağətəyi zonalarda olur. Bu zonaları konkret bir regiona aid etmək olmaz. Potensial sürüşmə əraziləri isə  əsasən bir az xaotik, qeyri-mütəşəkkil inkişafı nəticəsində evlərin tikilməsi və onların çoxunda da kanalizasiya sisteminin hələ quraşdırılmaması ilə əlaqədardır. Bunun nəticəsində həmin o evlərdə şambo üsuluyla insanlar quyu qazır və oradan sızan su torpağın məsamələrini boşaldır. Bu təsir səbəbindən həmin ərazidə böyük həcmdə torpaq kütləsi sürüşməyə məruz qalır. Digər dağətəyi ərazilərimizdən, əsasən ağac əkilməyən yerlərdə müəyyən erroziya prosesləri gedir, çünki yaşıllıq çox olan ərazilərdə ağacların kökləri torpağın möhkəmlənməsinə kömək edərək sürüşməyə imkan vermir. Kiçik Qafqazın şimal hissəsində, məsələn, Gəncə-Qazax ərazisində dağətəyi zonaları, əsasən, Aran yerindən dağa qalxanda və müəyyən qədər Böyük Qafqazda Şamaxı-İsmayıllı istiqamətində də sürüşmə yerləri var”.

Ekoloq A.Məmmədov qeyd edib ki, lokal olaraq həmin təhlükə ehtimallı yerlər hər bir icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və sürüşmələr baş verərsə, insanların həyatına və yaxud əmlakına ziyan dəyməsin deyə hali yaşayan ərazilərdə torpaq bərkitmə tədbirləri və s. görülür.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Bazar gününün havası açıqlanıb

Bazar gününün havası açıqlanıb

Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib

Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

XƏBƏR LENTİ
  • 13:27

    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
  • 13:22

    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
  • 11:17

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 10:52

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 10:37

    Pol Poqba yaşıl meydanlara qayıdır
Menyu