http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Kanadalı deputat Cəbrayıl və Zəngilana səfər edib - FOTOLAR

14 Sentyabr 2023 , 19:14
Kanadalı deputat Cəbrayıl və Zəngilana səfər edib - FOTOLAR

Azərbaycana səfər çərçivəsində Kanada nümayəndə heyəti Qarabağ bölgəsinin Cəbrayıl və Zəngilan rayonlarında olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyevadan ibarət nümayəndə heyətinin Qarabağa səfər proqramı Cəbrayıl rayonundan başlayıb.

Xudafərin körpüsünə çatanadək yol boyu müşahidə etdikləri dağıntılar kanadalı qonaqları çox təsirləndirib. Belə mənzərənin vaxtilə burada yaşamış, 30 il ərzində torpaqlarına həsrət qalmış azərbaycanlılarda hansı hisslər doğurduğunu yaxşa anladıqlarını vurğulayıblar.

Qonaqlar Xudafərin körpüsü fonunda xatirə fotosu çəkdiriblər.

Zəngilanın Ağalı kəndində olarkən qonaqlara “ağıllı kənd” konsepsiyası əsasında yenidən tikilən bu yaşayış məntəqəsinin infrastrukturu barədə ətraflı məlumat verilib. Uşaq bağçasında və məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlara şagirdlərin dünyagörüşünün zənginləşdirilməsi məqsədilə ayrılmış ədəbiyyat nümunələri sərgilənib.

Sinif otaqlarındakı şagird masaları arxasında əyləşən kanadalı qonaqlar Ağalı kəndində belə məktəbin fəaliyyət göstərməsini mühüm hadisə adlandırıb, bütün suallarını cavablandıran müəllimlərə yeni dərs ilində uğurlar arzulayıblar.

Görüş müəllim heyəti ilə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Ağalıda qonaqların getdiyi növbəti ünvan kənd sakinlərindən birinin evi olub. Əcnəbi müsafirləri qonaqpərvərliklə qarşılayan və öz doğma yurdlarına döndükləri üçün xoşbəxt olduqlarını vurğulayan ev sahibəsi xalqımızın sülh və barış içində yaşamaq istəyinin, Azərbaycan dövlətinin bölgənin normallaşma istiqamətində nümayiş etdirdiyi sülh səylərinin Kanada ictimaiyyətinə çatdırılmasını xahiş edib.

Qeyd edək ki, bu səfər Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib.

OXŞAR XƏBƏRLƏR
Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

XƏBƏR LENTİ
  • 14:50

    Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
  • 14:35

    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
  • 13:53

    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
  • 13:27

    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
  • 13:22

    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
Menyu