http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Türkmənistan Baş prokurorunun müavini Azərbaycana gəlib - FOTO

14 Sentyabr 2023 , 19:52
Türkmənistan Baş prokurorunun müavini Azərbaycana gəlib - FOTO

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə qonağı səmimi salamlayan K.Əliyev Türkmənistanın Azərbaycan üçün yaxın dost ölkə olduğunu qeyd edərək ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkşaf etdiyini vurğulayıb.

Baş prokuror hər iki ölkənin beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini və möhkəm qarşılıqlı əlaqələr qurduğunu diqqətə çatdırıb.

A.Nyazlıyev qonaqpərvərliyə, səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəsinin prokurorluq orqanlarının Azərbaycanın prokurorluq orqanları ilə əməkdaşlığa daim önəm verdiyini, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və Türkmənistan səfiri Qurbanməmmet Elyasov da iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

XƏBƏR LENTİ
  • 14:50

    Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
  • 14:35

    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
  • 13:53

    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
  • 13:27

    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
  • 13:22

    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
Menyu