http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

SOCAR ITFC ilə əməkdaşlığı müzakirə edib - FOTO

14 Sentyabr 2023 , 20:13
SOCAR ITFC ilə əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) infrastruktur layihələri, bərpa olunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

SOCAR-dan "Operativ Media"ya verilən məlumata görə, bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf ITFC-in baş icraçı direktoru Hani Salem Sonbol ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycan ilə İsDB arasında uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, İsDB tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən energetika sektorunda həyata keçirilən layihələrin Azərbaycanın davamlı iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın həyata keçirdiyi investisiya layihələri haqqında məlumat verilib, karbohidrogen ehtiyatlarının dayanıqlı hasilatı, bərpaolunan enerji mənbələrinin inkişafı, habelə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
Menyu