http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Şahin Mustafayev: “Azərbaycan və Özbəkistan əməkdaşlığa böyük önəm verir”

14 Sentyabr 2023 , 21:23
Şahin Mustafayev: “Azərbaycan və Özbəkistan əməkdaşlığa böyük önəm verir”

“Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlərdə ticari-iqtisadi əməkdaşlıq əsas prioritetlərdən biridir”.

“Operativ Media” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Özbəkistan Respublikasının müstəqilliyinin elan edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Dövlət başçılarının qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, hökumətlərimiz ticari-iqtisadi əməkdaşlıq istiqamətində zəngin potensialımızın maksimum dərəcədə reallaşdırılması üçün ardıcıl səylər göstərirlər. Bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılmış Birgə İnvestisiya Fondu bu məqsədə çatmağa töhfə verəcək”, - o bildirib.

Ş.Mustafayev onu da qeyd edib ki, hər iki ölkə bir çox sahələrdə əməkdaşlığa, o cümlədən mədəni-humanitar əlaqələrə böyük önəm verir: “Mədəni-humanitar sahədə əməkdaşlıq dövlətlərarası münasibətlərimizin əsasını təşkil edir. Avqust ayında Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri böyük uğurla keçirildi. Azərbaycan ictimaiyyəti bir daha qardaş özbək xalqının nümayəndələrinin yüksək məharətinin və istedadının şahidi oldu”.

OXŞAR XƏBƏRLƏR
Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

XƏBƏR LENTİ
  • 14:50

    Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
  • 14:35

    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
  • 13:53

    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
  • 13:27

    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
  • 13:22

    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
Menyu