http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İran XİN: Azərbaycanla əlaqələrə xüsusi önəm veririk

16 Noyabr 2022 , 10:36
İran XİN: Azərbaycanla əlaqələrə xüsusi önəm veririk

Ceyhun Bayramov və  Hüseyn Əmir Abdollahian arasında telefon danışığı olub, ikitərəfli münasibətlər və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Əmirabdollahian rəsmi və diplomatik kanalların anlaşılmazlıqları və fikir ayrılıqlarını həll etmək üçün ən yaxşı yol olduğunu söyləyərək, belə məsələlərin mediada işıqlandırılmasının nəinki onların həllinə kömək etməyəcəyini, əksinə düşmənlərin onlardan sui-istifadə etməsinə yol açacağını vurğulayıb.

Əmirabdollahian qonşularla, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinin İslam Respublikasının xarici siyasət gündəliyinin prioritetlərindən olduğunu deyib və iki ölkə arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

O, azərbaycanlı həmkarını regional məsələlərin diplomatik yollarla həlli üçün nəzərdə tutulmuş format kimi Tehranda 3+3 formatında keçiriləcək tədbirlə bağlı İran təşəbbüsünə qoşulmağa dəvət edib.

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri iki ölkə prezidentlərinin Astanada bu yaxınlarda keçirilən görüşünə işarə edərək, Tehran və Bakıda rəsmilər arasında danışıqlar və təmasları müsbət qiymətləndirib.

Ceyhun Bayramov Azərbaycan Respublikasının İranla əlaqələri genişləndirməyə və anlaşılmazlıqları aradan qaldırmağa hazır olduğunu bildirib.

Tərəflər həmçinin dostluq münasibətlərinin gücləndirilməsi və mümkün anlaşılmazlıqların aradan qaldırılması üçün iki ölkənin müxtəlif sektorları və institutları arasında əlaqələrin davam etdirilməsi və təşviq edilməsinin zəruriliyini vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • 22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
Menyu