http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Fuad Muradov Türkiyə nümayəndə heyəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib

15 Sentyabr 2023 , 18:08
Fuad Muradov Türkiyə nümayəndə heyəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Operativ Media" ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsi, Şuşa Bəyannaməsinin bu münasibətlərin təməlini möhkəmləndirməsi barədə danışılıb. Qeyd olunub ki, Ermənistanın ölkəmizə qarşı təxribatlarının davam etməsi dünya ictimaiyyətinin məlumatlandırılmasını aktual edir və bu işdə Türkiyədəki təşkilatların, vətəndaş cəmiyyətinin də əvəzolunmaz rolu var.

Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq türk dövlətləri ilə, o cümlədən qardaş ölkə ilə birlikdə müxtəlif layihələrin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin rəhbəri Səfər Karakoyunlu səmimi qəbula görə təşəkkür edib, rəhbərlik etdiyi təşkilatın gördüyü işləri xatırladıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verməkdən qürur duyduqlarını dilə gətirib.

Qonaqlar Azərbaycan torpaqlarının işğalı dövründə informasiya müharibəsində yaxından iştirak etdiklərini, bundan sonra daha güclü platformalar üzərindən fəaliyyətlərini davam etdirəcəklərini, bütün qüvvələri ilə Azərbaycanın yanında olacaqlarını nəzərə çatdırıblar.

Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

OXŞAR XƏBƏRLƏR
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

XƏBƏR LENTİ
  • 21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • 21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
  • 20:43

    Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir
  • 20:14

    MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
  • 20:07

    KİV: Makron COP29-da iştirak etmək istəyən dövlətləri Bakıya gəlməkdən çəkindirməyə çalışır
  • 19:59

    Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib
  • 19:37

    Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər
    Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər
  • 19:23

    İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir
Menyu