http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Kamran Əliyev Qazaxıstanın Baş prokuroru ilə görüşüb - FOTO

15 Sentyabr 2023 , 19:12
Kamran Əliyev Qazaxıstanın Baş prokuroru ilə görüşüb - FOTO

Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Qazaxıstan Respublikasının Baş prokuroru Berik Asılovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Baş Prokurorluqdan "Operativ Media"ya verilən xəbərə görə, ikitərəfli görüş zamanı Azərbaycanın Baş prokuroru vurğulayıb ki, etnik, tarixi, mədəni və dini ortaqlıqlar olan ölkələrimiz arasında son illərdə müxtəlif sahələrdə əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında olan qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Həmçinin, bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi yardım, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Berik Asılov təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün çətinliklərdə bir-birinə dəstək verdiyini diqqətə çatdırıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

OXŞAR XƏBƏRLƏR
Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir

Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir

MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır

MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır

Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib

Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib

XƏBƏR LENTİ
  • 21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • 21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
  • 20:43

    Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir
  • 20:14

    MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
  • 20:07

    KİV: Makron COP29-da iştirak etmək istəyən dövlətləri Bakıya gəlməkdən çəkindirməyə çalışır
  • 19:59

    Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib
  • 19:37

    Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər
    Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər
  • 19:23

    İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir
Menyu