http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

“Hazırda Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi ucbatından sülh prosesi ləngiyir"-Hikmət Hacıyev

16 Sentyabr 2023 , 10:36
“Hazırda Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi ucbatından sülh prosesi ləngiyir"-Hikmət Hacıyev

“Hazırda Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi ucbatından sülh prosesi ləngiyir. Laçın yolunun mövcud olmayan “blokadası” bəhanəsi ilə Azərbaycana qarşı İrəvan və dünyanın müxtəlif ölkələrində, xüsusən də Qərbdəki erməni diasporunun koordinasiya etdiyi genişmiqyaslı dezinformasiya kampaniyasına start verildi"- bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib.

Azərbaycanı suveren ərazimizin bir hissəsini blokadada saxlamaqda ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətindən yüklərin daşınması üçün Ağdam yolunun açılması bu cür ittihamların əsassızlığını göstərdi. Rusiya Qızıl Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə fəaliyyəti nəticəsində Ağdam yolu istifadəyə verilib. İndi gözləyirik ki, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin yükləri eyni vaxtda iki marşrutla - Ağdam və Laçın marşrutu ilə gedəcək. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi tam şəkildə bölüşür və dəstəkləyir.

Hikmət Hacıyev bildirib ki, indi sülh prosesinə əsas maneə Ermənistanın bizim ərazimizdə maliyyə və hərbi-siyasi baxımdan qeyri-qanuni rejimi saxlamaqda davam etməsidir. 

"Məhz Xankəndindəki qanunsuz rejim Ağdam və Laçın marşrutlarının eyni vaxtda açılmasına mane olur, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir, bunu sivil dünyada yeri olmayan mağara irqçilik motivləri ilə əsaslandırır. Həmçinin qeyri-qanuni rejim Bakının dəfələrlə belə təmaslara dəvət etməsinə baxmayaraq, Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağda yaşayan erməni etnik azlıq arasında dialoq cəhdlərini torpeda edir. Qarabağda yaşayan 30 min erməni əsilli vətəndaşımızı girov götürən Ermənistanın qanunsuz rejimə dəstək siyasətinə son qoyulmalıdır"

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
  • Dünən
    21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • Dünən
    21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Menyu