http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda qənaətcil suvarma texnologiyasından istifadəyə başlanılıb

16 Sentyabr 2023 , 14:04
Azərbaycanda qənaətcil suvarma texnologiyasından istifadəyə başlanılıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ceyrançöl ərazisindəki aqroparkda Cənubi Qafqazda ilk dəfə mobil (hibrid) suvarma sistemlərindən istifadəyə başlanılıb.

Bu barədə "Operativ Media" ya Agentlikdən bildirilib.

Məlumata görə, bu texnologiyanın tətbiqi su itkisinin qarşısının alınmasında və suya qənaət edilməsində mühüm rol oynayacaq.

Texnologiyanın təqdimatında mobil suvarma sistemlərinin, eləcə də paralel istifadə olunan "Strip till” əkin texnologiyasının üstünlükləri barədə məlumat verilib, bu texnologiyalarla becərilən qarğıdalı sahəsinə, həmçinin Mzuri” əkin texnikası ilə aparılan arpa səpininə baxış keçirilib.

Diqqətə çatdırılıb ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.

Ceyrançöldəki aqroparkın əkinə yararlı 4 000 hektar sahəsinin 1 428,6 hektarında pivot, 17,2 hektarında sprinkler, 40 hektarında damlama olmaqla ümumilikdə 1 485,8 hektarında əkin aparılıb. Bu il aqroparkda 421,6 hektar şəkər çuğunduru, 268 hektar qarğıdalı, 55,7 hektar soya, 341,6 hektar arpa, 24,6 hektar toxumluq xardal və 320 hektar ərzaqlıq buğda əkilib. Buğda üzrə orta məhsuldarlıq 5,4 ton olmaqla ümumilikdə 1 732 ton, arpa üzrə orta məhsuldarlıq ton olmaqla, ümumilikdə 1 692 ton məhsul istehsal olunub. Soya üzrə məhsuldarlıq 2,1 ton olub.

Arpa biçinindən sonra 189 ha ərazidə təkrar qarğıdalı əkinləri aparılıb. Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.

OXŞAR XƏBƏRLƏR
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
  • Dünən
    21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • Dünən
    21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Menyu