http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

“Eris” virusu Azərbaycana da gələ bilərmi?

16 Sentyabr 2023 , 21:02
“Eris” virusu Azərbaycana da gələ bilərmi?

COVID-19-un yeni versiyası olan "Eris" ştammı dünyanın 52 ölkəsindən, o cümlədən Fransa və Britaniyadan sonra Türkiyəyə də çatıb.

Mütəxəssislər yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna biləcəyi fikrindədirlər.

Buna səbəb kimi yay tətilinin başa çatması və havaların soyuması göstərilir. 

Türkiyədə artıq 9 nəfərdə aşkarlanan “Eris”  ştammının simpomları və qorunma yolları haqqında infeksionist həkim Günay Məhərrəmova “Operativ Media”ya açıqlama verib.

O qeyd edib ki, Omikronun bir forması olan “Eris” virusunun əlamətləri korona növlərindən çox fərqlənmir:

"Viruslar zamanla mutasiyaya uğrayır. Bir vaxtlar SARS-CoV-2 forması geniş şəkildə yayılmışdı. Bu ilin avqust ayında isə Omikronun bir forması olan  EG.5, yəni “eris” ştammı yayılıb ki, bu da koronavirusun dominant variantıdır. Əlamətləri digər korona növlərindən demək olar, fərqlənmir. Omikronda olduğu kimi yuxarı tənəffüs yollarının iltihabi baş verir. Burun axması, boğaz ağrısı və digər soyuqdəymə əlamətləri özünü göstərir. 65 yaşdan yuxarı insanlarda, uşaqlarda, xroniki xəstəliyi olan insanlarda aşağı tənəffüs yollarına keçmə ehtimalı var. Buna görə də uşaqlar, hamilələr, xroniki xəstələr və 65 yaşı ötən insanlar özlərini qorumalı, əllərini tez-tez yumalı, ictimai yerlərdə çox olmamalı, xəstəliyin hər hansısa əlamətini hiss etdikdə evdə qalmalıdırlar. Hazırda mövsüm ilə, məktəblərin açılması ilə digər yuxarı tənəffüs yolu xəstəlikləri də başlayacaq”.

Həkim bildirib ki, qonşu ölkələrdən turistlərin gedib-gəlməsi ilə əlaqədar “Eris” virusunun Azərbaycana da gəlmə ehtimalı var. 

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
  • 12:30

    "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 12:18

    Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
  • 12:02

    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
  • 12:00

    İsrail səfiri Azərbaycanı təbrik edib
  • 11:57

    Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik
  • 11:56

    Azərbaycan XİN Nepalı təbrik edib
Menyu