http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Prezident İlham Əliyev Azərbaycanı etibarlı enerji dövlətinə çevirib

02 Oktyabr 2022 , 22:42
Prezident İlham Əliyev Azərbaycanı etibarlı enerji dövlətinə çevirib

Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfərini Avropanın bir neçə media qurumu işıqlandırıb.

"Operativ Media" xəbər verir ki, onlardan biri də Avstriyanın "dasfazit.at" portalıdır.

Həmin portalda dərc edilən məqaləni təqdim edirik:

Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu və imicini möhkəmləndirir. Azərbaycan, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Prezident İlham Əliyevin Bolqarıstana səfəri və paytaxt Sofiyada Yunanıstan-Bolqarıstan (İGB) qaz kəmərinin açılış mərasimində iştirakı bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı və tərəqqisi üçün çox mühüm addımlar atılır, ölkənin milli maraqlarına uyğun müstəqil siyasət aparılır.

Nəzərə alsaq ki, Bolqarıstan Avropa İttifaqının və NATO-nun üzvüdür, deməli, rəsmi Bakı-Sofiya münasibətlərinin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır.

Prezident İlham Əliyevin illər öncə, 2015-ci ildə Bolqarıstana səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” birgə bəyanat da böyük əhəmiyyət kəsb edir.

Hazırda, Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkədir və hər iki dövlət daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. İlham Əliyevin Bolqarıstana gözlənilən səfəri də bu niyyəti əks etdirir. İki ölkə arasında siyasi əlaqələrin inkişaf etdiyini də vurğulamaq lazımdır. Liderlər və rəsmi şəxslər arasında keçirilən görüşlər, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan ilə Bolqarıstan arasında deyil, həm də Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini artan dinamikada inkişaf etdirir.       

Qeyd edək ki, indiki çətin dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan artıq Avropanın enerji xəritəsinin yenidən formalaşdırılmasında mühüm rol oynayır. Uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP layihələrinin işə salınması bir daha böyük şəxsiyyətin enerji siyasəti sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqini sübut edir və bu gün bu layihələr Avropanın yeni enerji xəritəsinin formalaşmasında mühüm rol oynayır. 

 

Prezident İlham Əliyevin Bolqarıstana səfəri və orada keçirilən mühüm görüşlər bir daha təsdiqləyir ki, Avropada strateji mövqedə yerləşən dövlətlər Azərbaycanla əməkdaşlıqda, əlaqələrin daha da dərinləşməsində maraqlıdırlar.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olmaqla yanaşı beynəlxalq tranzit daşımalarında da əsas oyunçu kimi nüfuzu günü-gündən artır. Bütün bunlar Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə gətirib çıxarır.

 

Bayaq vurğulandığı kimi, Bolqarıstan həm də NATO və Aİ-nin üzvüdür. Yəni bu faktın özü də münasibətlərin hər iki ölkə üçün nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə göstərir.

 

Azərbaycan Xəzər dənizində, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdir. Buna görə də mövcud potensialın reallaşdırılması Azərbaycan və Bolqarıstan üçün yeni imkanlar yaradır.

 

Orta Dəhliz və Şərq-Qərb Tranzit Dəhlizinin layihələri də Azərbaycan və Bolqarıstan arasında əlaqələrin möhkəmləndirilməsinin cəlbedici istiqamətlərindən biridir. Şübhə yoxdur ki, bu istiqamətdə addımlar atılacaq və əməkdaşlıq yeni səviyyəyə yüksələcək.

OXŞAR XƏBƏRLƏR
Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

XƏBƏR LENTİ
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
  • 19:29

    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:17

    Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
  • 19:14

    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
  • 19:10

    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
Menyu