http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

XİN-də diplomatik xidmətə qəbul imtahanının nəticələri elan olunub

17 Sentyabr 2023 , 16:58
XİN-də diplomatik xidmətə qəbul imtahanının nəticələri elan olunub

Məlum olduğu kimi, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanının birinci mərhələsi keçirilib.

DİM-dən "Operativ Media"ya verilən məlumata görə, imtahan iştirakçıları nəticələr və cavab kartlarının qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 422 nəfər iştirak edib.

İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәri yoxlayan 75 tapşırıq və ümumi dünyagörüşü sәviyyәsini, verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 45 tapşırıq olmaqla, ümumilikdә 120 tapşırıq tәqdim olunub. Hər bir tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilib.

İmtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.

1-ci tapşırıq blokuna “Qanunvericilik və ümumi sahəvi biliklər” üzrə (1-75-ci) tapşırıqlar, 2-ci tapşırıq blokuna isə “Ümumi dünyagörüşü”, “Verbal məlumatlarla işləmə bacarığı”, “Rəqəmsal məlumatlarla işləmə bacarığı” və “Mücərrəd düşünmə bacarığı” üzrə (76-120-ci) tapşırıqlar daxildir.

İmtahan nəticələrinə əsasən, 141 nəfər tələb olunan şərtləri ödəyib və ikinci mərhələyə buraxılıb. İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Tələb olunan şərtləri ödəyən namizədlərin imtahanın ikinci mərhələsində iştirakı üçün qeydiyyat 19-20 sentyabr tarixlərində DİM-in internet saytı vasitəsilə aparılacaq.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 18-19 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

OXŞAR XƏBƏRLƏR
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
  • Dünən
    21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • Dünən
    21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Menyu