http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayon icmasının iclası keçirilib

17 Sentyabr 2023 , 20:55
Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayon icmasının iclası keçirilib

Qərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayon icmasının iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, , iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov QAİ-nin strukturu, rayon və kənd icmalarının təşkilati strukturu haqqında məlumat verib.

Rayon və kənd icma sədrlərinin fəaliyyət istiqamətləri, hüquq və vəzifləri barədə danışıb.

Daha sonra çıxış üçün söz QAİ-nin Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərova verilib.

O, Böyük Qarakilsə rayon icmasının sədri kimi, QAİ-nin rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib, Böyük Qarakilsə rayonunun tarixi və əhalisinin keçdiyi çətin yolla bağlı ətraflı məlumat verib.

Tədbirə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədri, Türkiyə Böyük Millət Məclisinin 17-ci dönəm millət vəkili Aziz Kaygısızla birgə qatılan Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli yığıncaq iştirakçılarını salamlayaraq QAİ-nin fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası ilə bağlı geniş məlumat verib. Sonra tədbir iştirakçılarına qardaş Türkiyədən gəlmiş qonağı - əslən Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən olan Aziz Kaygısızı təqdim edib. İcmada olmaqdan məmnunluğunu ifadə edən qonaq bildirib ki, ata-babaları Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən 19-cu əsrin sonlarında kütləvi qətliamlar zamanı İqdır, Qars bölgəsinə köç ediblər.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov və Böyük Qarakilsə rayon icmasının nümayəndələri çıxış edərək öz təkliflərini səsləndiriblər. İcmanın nümunəvi fəaliyyəti naminə üzərlərinə düşən işləri məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

Tədbirdə Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusu ilə bağlı nitqini, həmçinin ölkə başçısı Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixdə Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində çıxışını əks etdirən videoçarxlar nümayiş olunub.

OXŞAR XƏBƏRLƏR
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

XƏBƏR LENTİ
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir
  • 09:21

    Tunisdə prezident seçkiləri keçiriləcək
  • 09:02

    Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb
  • 08:29

    Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
Menyu