http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan PL-da 2 rekord qeydə alınıb

18 Sentyabr 2023 , 13:12
Azərbaycan PL-da 2 rekord qeydə alınıb

Azərbaycan Premyer Liqasının VI turu iki rekordla əlamətdar olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının yaydığı açıqlamada bildirilib. Üç gün ərzində keçirilən 5 oyunda ümumilikdə 10 min 950 tamaşaçı qeydə alınıb.

Bu, mövsümün arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici 8700 azarkeşin izlədiyi IV tura təsadüf edib.

Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” oyununu 4500, “Turan Tovuz” – “Qəbələ” matçını 4000 tamaşaçı izləyib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) qarşılaşmalarında ümumilikdə 2450 tamaşaçı qeydə alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionundakı qarşılaşmasında 4300 tamaşaçı olub.

Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42 min 381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi

Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan PL: "Səbail" "3 xalı 2 qolla qazandı

Azərbaycan PL: "Səbail" "3 xalı 2 qolla qazandı

XƏBƏR LENTİ
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
  • 09:21

    Tunisdə prezident seçkiləri keçiriləcək
  • 09:02

    Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb
  • 08:29

    Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
Menyu