http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Mütəxəssislər peyvəndlərin "Pirola" variantına qarşı effektsiz olacağını bildirirlər

18 Sentyabr 2023 , 14:17
Mütəxəssislər peyvəndlərin "Pirola" variantına qarşı effektsiz olacağını bildirirlər

Dünyanın bir sıra ölkələrində koronavirusun yeni variantı - Pirola adlı VA.2.86 qeydə alınıb. Bu, 30-dan çox mutasiyaya malik "Omicron"nun altvariantıdır.

"Operativ Media" xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına görə, Avropada koronavirusun artmasının əsas səbəbləri tətil və səyahət mövsümü, eləcə də əhalinin immun müdafiəsinin zəifləməsidir. Bundan əlavə, koronavirusun yeni ştammı– Pirola yayılmaqdadır. 

Pirola ştamının təhlükəsi

Amerikalı epidemioloq Denis Nash bildirib ki, Pirola ştammı ilə bağlı bütün təfərrüatlar hələlik məlum deyil.

"Amma artıq məlum olanlar, bu yeni variantın mövcud toxunulmazlığı keçə biləcəyini göstərir. Bu, yoluxma ehtimalını artıracaq. Bundan əlavə, Pirola, ehtimal ki, son zamanlarda gördüyümüz variantlardan daha ağır xəstəliyə səbəb ola bilər".

Beynəlxalq səhiyyə orqanlarının məlumatına görə, bu virus yüksək mutasiyaya malikdir. Güman edilir ki, virusun zülal strukturunda 30-a qədər dəyişiklik baş verə bilər. Bu, mövcud vaksinlərin koronavirusun bu ştamına qarşı kifayət qədər təsirli olmayacağı anlamına gəlir.

Yüksək yoluxuculuq səviyyəsinə görə ÜST Pirolanı yeni ştamm kimi təsnif edib.

Rusiyanın Səhiyyə Nazirliyi bildirib ki, koronavirusun yeni variantı “Pirola” əvvəllər müəyyən edilmiş “Omicron” variantları ilə müqayisədə bir sıra mutasiyalara malikdir, o, daha yoluxucudur.

Pirola ştammının simptomları

  • Bədən istiliyinin artması;
  • öskürək;
  • hərarət;
  • dad və ya qoxunun itməsi.

COVID-19-un yeni ştammının başqa simptomları da ola bilər.

Özünüzdə pirolanın simptomlarını müşahidə etsəniz, təcili tibbi yardıma müraciət etmək və infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görmək vacibdir.

Pirola dünyanın hansı ölkələrində qeydə alınıb:

  • ABŞ,
  • İsrail,
  • Kanada,
  • Danimarka,
  • Böyük Britaniya,
  • Cənubi Afrika,
  • İsveç,
  • Norveç,
  • İsveçrə,
  • Tayland.
OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 12:54

    Şənbə gününün hava proqnozu açıqlanıb
  • 12:51

    Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur
  • 12:47

    Türkiyə səfiri Azərbaycanı təbrik edib
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
  • 12:30

    "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
Menyu