http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq

18 Sentyabr 2023 , 14:50
Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatdırılacaq

Ölkədə həyata keçirilən dövlət gənclər siyasəti prokurorluq orqanlarında da uğurla reallaşdırılaraq, gənc hüquqşünasların tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilən müsabiqə yolu ilə qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 11.04.2023-cü il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2023-cü il tarixdə saat 18:00-da başa çatdırılacaqdır.

Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar müvafiq ərizə və digər sənədləri “PDF” faylı formasında skan edərək Baş Prokurorluğun [email protected] elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə edə bilər. 

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

OXŞAR XƏBƏRLƏR
Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib

Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

XƏBƏR LENTİ
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 12:29

    İsrail ordusu yeni hərbi əməliyyata başlayıb
  • 11:57

    Yeni Zelandiyada zəlzələ olub
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
Menyu