http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Prokurorluq: 3 nəfər Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edilib

18 Sentyabr 2023 , 15:19
Prokurorluq: 3 nəfər Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə əsasən Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunaraq Azərbaycan Respublikasının vətəndaşları Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal Quliyev ölkəmizə ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, belə ki, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarışa elan olunub.

Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq cari il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiətilə Azərbaycana gətirilib.

Bundan başqa, qeyd olunan tarixdə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov cari ilin iyun ayının 12-də ölkəmizdə müəyyən edilib.

Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib

OXŞAR XƏBƏRLƏR
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

XƏBƏR LENTİ
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 12:29

    İsrail ordusu yeni hərbi əməliyyata başlayıb
  • 11:57

    Yeni Zelandiyada zəlzələ olub
  • 11:27

    Beyrut aeroportu fəaliyyətini bərpa edib
  • 10:54

    Xəzər rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • 10:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
Menyu