http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Mama-ginekoloq: 20 yaşdan kiçik qızların hamiləliyi ölkə səhiyyəsi üçün də riskli hesab olunur

18 Sentyabr 2023 , 15:29
Mama-ginekoloq: 20 yaşdan kiçik qızların hamiləliyi ölkə səhiyyəsi üçün də riskli hesab olunur

Hər il ölkəmizdə ana olan qadınların ciddiyə alınacaq qədərini yeniyetmə qızlar təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022- ci ildə Azərbaycanda 122 846 uşaqdan 2 011-nin anası 15-17 yaş aralığında olan yetkinlik yaşına çatmamış qızlar olub. 

Bəzi bölgələrdə hələ də çox normal və “belə də olmalıymış” kimi baxılan erkən nigahların fəsadlarından biri də məhz hələ özü uşaq olan və tam formalaşmamış orqanizmin hamiləliyə və uşaq dünyaya gətirməyə məcbur qalmasıdır.

Mama-ginekoloq Dr. Rəşad Sultan azyaşlı vaxtında hamilə qalan qızların dünya gətirdiyi körpələr barədə  “Operativ Media”ya açıqlama verib.

RƏŞAD SULTAN MAMA – GİNEKOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

O bildirib ki, 20 yaş altı hamiləliklər vaxtından qabaq doğuş baxımından ekologiyada riskli hamiləliklər hesab olunur:

“Vaxtından qabaq doğuş riski 20 yaş altı hamiləlikdə üç dəfə artır. Bu isə Pediatriya-Neonatologiyada ölüm faizi ən yüksək olan hal sayılır. Yenidoğulanların ölümü isə  bütün dünya ölkələrində səhiyyənin inkişaf göstəricisi kimi önəmli bir sağlıq problemi olaraq görülür. Həmçinin vaxtından qabaq doğuş həm şikəst uşaqların, həm də uşaq ölümünün əsas səbəblərindəndir. İstənilən halda erkən doğuşlar və uşaq ölümləri ölkənin özündə də ciddi sağlıq problemi olduğundan xəbər verir”.


Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
  • 12:30

    "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 12:18

    Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
  • 12:02

    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
  • 12:00

    İsrail səfiri Azərbaycanı təbrik edib
  • 11:57

    Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik
  • 11:56

    Azərbaycan XİN Nepalı təbrik edib
Menyu