http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri Heydər Əliyev Fondunda olub

18 Sentyabr 2023 , 17:14
Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri Heydər Əliyev Fondunda olub

Bakıya səfər edən Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olub.

"Operativ Media" xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədr müavini xanım Cuy Li qurumlar arasında mövcud əməkdaşlıq və həyata keçirilən layihələrdən danışıb.

Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə Şanxay Əməkdaşlıq Təşkilatı, eləcə də Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əlaqələrin iki ölkə arasında münasibətlərin genişlənməsinə töhfə verdiyi bildirilib.

Xanım Cuy Li gələcəkdə Heydər Əliyev Fondu ilə gənclər, səhiyyə və mədəniyyət sahəsində ardıcıl layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.

Qonaq Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, eləcə də Heydər Əliyev Mərkəzi ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını bildirib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun Çin Xalq Respublikası ilə əlaqələrə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə əməkdaşlığa verdiyi önəmi diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin gənclər sahəsində birgə layihələrdə iştirakı, eləcə də Heydər Əliyev Mərkəzində Çin mədəniyyəti və incəsənəti sahəsində sərgilərin təşkilinin mümkünlüyü nəzərdən keçirilib.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 16:05

    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
  • 15:20

    Qəzzada ölənlərin sayı 41 870 nəfərə çatıb
  • 14:51

    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 14:42

    Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
  • 14:10

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu