http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ceyk Sallivan və İbrahim Kalın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edib

02 Oktyabr 2022 , 23:05
Ceyk Sallivan və İbrahim Kalın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edib

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu gün İstanbulda Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla görüşərək Ukrayna ətrafındakı vəziyyəti, Kiyevə dəstəyi, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, eləcə də Finlandiya və İsveçin NATO-ya qoşulması prosesini müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyi müzakirə ediblər, o cümlədən Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq etmək cəhdlərini pisləyiblər”, - açıqlamada qeyd olunur.

“Sallivan Türkiyənin Ukrayna taxılının ixracını asanlaşdırmağa yönəlmiş yardım vasitəsilə dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmaq səylərinə görə minnətdarlığını bildirib”, - açıqlamada deyilir. Bundan əlavə, Amerika Prezidentinin köməkçisi Türkiyə tərəfinə Rusiyada saxlanılan iki Amerika vətəndaşının azad edilməsi ilə bağlı diplomatik işlərə görə minnətdarlığını bildirib.

“Onlar həmçinin regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, Şərqi Aralıq dənizində hər hansı fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyi, eləcə də Finlandiya və İsveçin NATO-ya üzvlük istiqamətində irəliləyişi müzakirə ediblər”, - Ağ Evdən əlavə edilib.

OXŞAR XƏBƏRLƏR
Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

Fələstin prezidenti Qəzzaya səfər etmək niyyətini təsdiqləyib

XƏBƏR LENTİ
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
  • 19:29

    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:17

    Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Menyu