http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

"Azərbaycan növbəti dəfə düz olduğunu, ona təzyiqin nəticəsiz olduğunu hamıya göstərdi"-Politoloq

18 Sentyabr 2023 , 17:56
"Azərbaycan növbəti dəfə düz olduğunu, ona təzyiqin nəticəsiz olduğunu hamıya göstərdi"-Politoloq

"Ağdam-Xankəndi yolunun açılması Azərbaycanin diplomatik qələbələrindən biridir. Son 3 ay ərzində Azərbaycan bu yolun əhəmiyyətini həm Ermənistana, həm  də beynəlxalq ictimaiyyətə anlatmağa çalışırdı".

Bunu "Operativ Media"ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan və havadarları çox çalışdılar ki, bu yolun açılmasına mane olsunlar, lakin onların bu cəhdləri həmişəki kimi uğursuzluğa düçar oldu.

"Uzun müddətdir ki, Azərbaycan ərazilərində olan qeyri-qanuni silahli qüvvələr vasitəsilə sanki Xankəndidə hansısa bir humanitar blokada olmaği ilə bağlı fon və siyasi mənzərə yaratmağa çalışırdılar. Hamıya bəlli idi ki, orada ermənilərin hansısa bir humanitar problemi yoxdur. Ümumiyyətlə oradakı insanların ərzaq və qida ilə bağlı hanısısa məsələsi Ermənistan hakimiyyəti də daxil olmaqla nə ABŞ, nə Fransa nə də digər qüvvələrin vecinə deyil. Əsas məqsəd o idi ki, mütləq şəkildə Laçın yolu sadəcə təkbaşına işləsin. Uzun illər o yoldan siyasi məqsədlər üçün istifadə edən qüvvələr yenə bu məqsədlərini davam etdirsinlər. Üzərimizə siyasi hücumlar etmək əsla qəbuledilməzdir. Azərbaycan tərəfi hər zaman söyləmişdir ki, biz heç vaxt Laçın yolunu bağlamayacağıq, sadəcə olaraq yollar paralel şəkildə işləməlidir".
 
Tural İsmayılov bildirir ki, Azərbaycan hər zamankı kimi, bu məsələdə də prinsipal və qətiyyətli mövqe ortaya qoydu, bütün təzyiqlərə və təxribatlara layiqli cavab verməklə haqlı mövqeyindən geri çəkilmədi və sonda öz məqsədinə nail oldu. 

"Azərbaycana qarşı Ağdam-Xankəndi yolu ilə bağlı çox ciddi təyziqlər həyata keçirməyə çalışırdılar. Ümumiyyətlə bu yolun işləməməsi üçün separatçilardan istifadə edirdilər. Laçın yolu tərafında təxribat baş verdi: Beynəlxalq Qızıl Xaç komitəsinin nəqliyyatlarını qaçaqmal mərkəzinə çevirməyə çalışdılar. Amma istənilən halda hələ də beynəlxalq birlik başa düşə bilmir ki, Azərbaycan onlar üçün Ermənistan deyil. Kiminsə siyasi diqtəsi ilə və yaxud da təyziqlərlə Azərbaycan öz əraziləri ilə bağlı hansısa qərarda geri addım atacaq deyil. Hansısa xarici ölkənin öz əraziləri ilə bağı suveren qərar vermək  hüquqlari olduğu kimi,  Azərbaycanın da bu hüquqlari var".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 16:05

    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
  • 15:20

    Qəzzada ölənlərin sayı 41 870 nəfərə çatıb
  • 14:51

    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 14:42

    Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
  • 14:10

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
  • 13:35

    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
    Küləkli hava şəraitiylə əlaqədar sarı xəbərdarlıq edilib
  • 13:23

    Qazaxıstanda AES tikintisinə dair referendum baş tutub
  • 12:47

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
Menyu