http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"ÜST-ün məlumatını Azərbaycan üçün də təhlükəli hesab etmək olar" - İnfeksionist

18 Sentyabr 2023 , 18:11
"ÜST-ün məlumatını Azərbaycan üçün də təhlükəli hesab etmək olar" - İnfeksionist

Covid-19 pandemiyası başa çatsa da, təhlükə davam edir. Cari ilin əvvəlində yüksək paylanma effektivliyi ilə ortaya çıxan yeni növə dünya üzrə yoluxmaların sayı durmadan artır. Hətta Amerika Birləşmiş Ştatlarında amerikalılara vaksin olunmaq tövsiyə olunub. Rusiyada isə 49 məktəbdə karantin məhdudiyyəti tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb.

"Operativ Media"ya açıqlama verən infeksionist Vasif Əliyev bildirir ki, yoluxma sayı artsa da, virusun bu növündə ölüm riski aşağıdır. Lakin virus sərhəd tanımadığından ÜST-ün məlumatını Azərbaycan üçün də təhlükəli hesab etmək olar. 

"Dolayı yol ilə nə qədər sürətli yoluxma olarsa, təbii ki, bir o qədər də xəstəxana ehtiyacını artıra bilər. Hal-hazırda bu mutasiya Azərbaycanda rəsmi olaraq təsdiq olunmayıb, amma qonşu ölkələrdə olduğunu nəzərə alsaq, təbii ki, bizdə də belə bir təhlükə var. Çünki bilirik ki, bu virus sərhəd tanımır. Əgər dünyada bu nə qədər öz təhlükəsini sürdürürsə, ÜST nə qədər təlaş vəziyyətindədirsə, Azərbaycan üçün də bu keçərlidir"

İnfeksionist bildirib ki, xroniki xəstəliyi olan və yaşlı insanlarda bu virus ağır keçə bilər. Bu səbəbdən də, gigiyena qaydalarına, ara məsafəsi saxlamağa, qapalı məkanlarda çox qalmamağa diqqət etmək lazımdır.

"Xronik xəstəliyi olan insanlar, yaşlı insanlar, altda yatan xəstəliyi olanlar və bununla bağlı immunspresiv dərman edən inslanlarda resprotiv infeksiyalar daha ağır formada keçir və nəzərə alsaq ki, qarşıda soyuq aylar gəlir, payız mövsümüdür, sadəcə koronavirus deyil digər resprotiv infeksiyalar da arta bilir. Xüsusən qapalı məkanlardan daha çox istifadə etməyimiz, ictimai nəqliyyatda, bağçalar məktəblər belə məkanlarda instan təması daha yüksəkdir".

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 12:54

    Şənbə gününün hava proqnozu açıqlanıb
  • 12:51

    Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur
  • 12:47

    Türkiyə səfiri Azərbaycanı təbrik edib
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
  • 12:30

    "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
Menyu