http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlıq müzakirə edilib

18 Sentyabr 2023 , 21:21
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə əməkdaşlıq müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında ikitərəfli əməkdaşlıq daha da genişlənəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Rıdvan Duranın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

İki Nazirlik arasında ötən ilin iyul ayında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun tətbiqinə dair Fəaliyyət Planı hazırlanacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslandığını, iki ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsində olduğunu vurğulayıb.

Qardaş Türkiyə ilə digər sahələrdə olduğu kimi, sosial sahədə də əlaqələrin daim genişlənməkdə olduğu, əmək, məşğulluq və sosial müdafiə sahəsində 6 sənəd imzalandığı qeyd edilib. Azərbaycanda son 5 ildə aparılan sosial islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Sosial islahatlar prosesində Türkiyənin müvafiq təşkilatları ilə fəal əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.

Ölkəmizdə himayədar ailə institutunun tətbiqi ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinə xüsusi önəm verildiyi və bu istiqamətdə faydalı təcrübə mübadilələri aparıldığı bildirilib. Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən Nazirliyin əməkdaşları üçün “Himayədar ailə xidməti” mövzusunda təşkil olunmuş təlimin əhəmiyyəti qeyd edilib.

R.Duran Azərbaycanda səfərdə olmasından, iki qardaş ölkə arasında əlaqələrin ailə və sosial xidmətlər sahəsini də əhatə etməsindən, bu sahədə uğurlu əməkdaşlıq təcrübəsindən məmnunluğunu ifadə edib.

Görüşdə himayədar ailə sahəsində çalışan işçilərin potensialının artırılması, valideyn himayəsindən məhrum uşaqların müdafiəsi, həssas qruplardan olan ailələrlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirilməsi və s. ilə bağlı gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • 18:02

    İsrail qırıcıları “Hizbullah" hədəflərinə hücum edib
  • 17:38

    Ermənistanda hərbi hissədə hərbçi güllələnib
  • 17:21

    Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib
  • 16:05

    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
  • 15:20

    Qəzzada ölənlərin sayı 41 870 nəfərə çatıb
  • 14:51

    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 14:42

    Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
  • 14:10

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Menyu