http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 39 nəfər saxlanılıb

19 Sentyabr 2023 , 08:51
Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 39 nəfər saxlanılıb

Polis əməkdaşlarının Ağcabədi rayonunda son iki ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı 39 şübhəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Hindarx qəsəbə sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Malik Allahverdiyev saxlanılıb. Onun Hindarx qəsəbə ərazisindəki yaşadığı ünvanda aparılan axtarış zamanı 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin narkotik vasitəni əldə etmək üçün bir müddət əvvəl özünəməxsus əkin sahəsində çətənə bitkisinin kultivasiyasını təşkil etdiyini bildirib. Onun bu əməlləri polis əməkdaşları tərəfindən ifşa olunub və barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

Bundan əlavə Ağcabədi rayonunda son iki ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən mütəmadi tədbirlər nəticəsində daha 38 şübhəli şəxs müəyyən edilib. Həmin şəxslərin hər biri barəsində cinayət işi başlanılaraq müvafiq qaydada baxılması üçün rayon məhkəməsinə göndərilib. Əməliyyatlar zamanı ümumilikdə 15 kiloqrama yaxın metamfetamin, heroin və marixuana kimi narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin olunub. 

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən qətiyyətlə davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

XƏBƏR LENTİ
  • 18:02

    İsrail qırıcıları “Hizbullah" hədəflərinə hücum edib
  • 17:38

    Ermənistanda hərbi hissədə hərbçi güllələnib
  • 17:21

    Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib
  • 16:05

    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
    Dumana görə magistral avtomobil yollarında görünüş məhdudlaşacaq
  • 15:20

    Qəzzada ölənlərin sayı 41 870 nəfərə çatıb
  • 14:51

    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
  • 14:42

    Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib
  • 14:10

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Menyu